"Zirə" Premyer Liqada "Səbail"i məğlub edib
sizinxeber.az xəbər saytı

"Zirə" Premyer Liqada "Səbail"i məğlub edib


"Zirə" Misli Premyer Liqasında "Səbail"i məğlub edib.

"Report"un məlumatına görə, Zirə İdman Kompleksinin stadionundakı XXVI turun oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Qonaqların heyətində Suleyman Alluş 73-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. 90+6-cı dəqiqədə Ruan Renato qalibiyyət qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Səbail" 18 xalla sonuncu - 10-cu sıradadır.

Günün ilk matçında "Şamaxı" evdə "Sabah"dan üstün olub - 1:0.

Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Premyer Liqa: "Şamaxı" "Sabah"ı məğlub edib
"Turan Tovuz" "Araz-Naxçıvan"ı məğlub edib
Premyer Liqa: "Sumqayıt" "Səbail"ə qalib gəlib
"Neftçi" "Araz-Naxçıvan"a məğlub olub
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər