"Real"da baş məşqçi postuna dörd namizəd var
sizinxeber.az xəbər saytı

"Real"da baş məşqçi postuna dörd namizəd var


İspaniyanın "Real" komandasında baş məşqçi Alvaro Arbeloanın yerinə dörd namizəd var.

"Report" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Bildirilib ki, "Kral klubu" bir müddətdir Yurgen Klopp, Zinəddin Zidan, Didye Deşam və Mauritsio Poçettinonu bu post üçün nəzərdən keçirir.

Xatırladaq ki, Madrid təmsilçisi ötən gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda Almaniyada "Bavariya"ya uduzub - 3:4. İlk görüşdə də 1:2 hesabı ilə məğlub olan komanda turnirlə vidalaşıb.

Oxşar xəbərlər

Mbappe "Real"ın son məşqində iştirak etməyib
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
"Real"ın prezidenti Luka Modriçə baş məşqçi vəzifəsi təklif edib
"Real" Raul Qonsaleslə vidalaşıb
UEFA ÇL: "Arsenal" səfərdə PSV-ni darmadağın edib, "Real" Madrid derbisində "Atletiko"dan üstün olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər