Mbappe "Real"ın son məşqində iştirak etməyib
sizinxeber.az xəbər saytı

Mbappe "Real"ın son məşqində iştirak etməyib


Fransalı futbolçu Kilian Mbappe İspaniyanın "Real" komandasının son məşqində iştirak etməyib.

"Report" xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Hücumçu qaş nahiyəsində aldığı kəsik səbəbindən narahatlıq hiss etdiyi üçün hazırlıq prosesinə qatılmayıb.

Forvard La Liqanın XXXI turunda "Jirona" ilə heç-heçə etdikləri (1:1) matçın 88-ci dəqiqəsində üzündən xəsarət alıb.

Xatırladaq ki, "Real" aprelin 15-də UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda Almaniya təmsilçisi "Bavariya" ilə üz-üzə gələcək. İlk görüşdə Madrid klubu evdə 1:2 hesabı ilə uduzub.

Oxşar xəbərlər

Kilian Mbappe İspaniya kubokunun finalında iştirak edə bilməyəcək
Kilian Mbappe 2018-ci ildən bəri ən pis seriyasına imza atıb
Mbappe "Real"ın növbəti oyununda da iştirak edə bilməyəcək
Kilian Mbappe zədələnib
Mbappe Benzemanın nailiyyətini təkrarlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər