Azər Bağırov: "Qarabağ"la oyundan sonra komandamı tanıya bilmirəm"
sizinxeber.az xəbər saytı

Azər Bağırov: "Qarabağ"la oyundan sonra komandamı tanıya bilmirəm"


"Kəpəz"in baş məşqçisi Azər Bağırov komandasını tanıya bilmir.

"Sizinxeber.az" xəbər verir ki, Gəncə təmsilçisinin çalışdırıcısı bunu Misli Premyer Liqasının XXVII turunda "Karvan-Yevlax"a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

O, komandasının məğlubiyyətini şərh edib:

"Çempionat sona yaxınlaşır. İtkilərimiz çox idi. Dəyişikliklər etmək istədik, amma mərkəz və cinah müdafiəçisi mövqeyini düzəldə bilmədik. "Qarabağ"la oyundan sonra komandanı tanıya bilmirəm. "Qəbələ" ilə görüşdə bəsit qollar buraxdıq. İndi də "Karvan-Yevlax"la. Futbolçularımızla danışacağıq. İstənilən halda, irəli baxacağıq".

Oxşar xəbərlər

Premyer Liqa: "Qarabağ" cari mövsüm ikinci dəfə "Kəpəz"ə uduzub
Azərbaycan Premyer Liqasının XXVII turu bu gün başlayır
Azər Bağırov: Gələcək oyunlarda istədiyimiz "Kəpəz"i görəcəyik
"Ferentsvaroş"un baş məşqçisi: "Qarabağ" ilk oyundan sonra cütün taleyini həll etdiyini düşünür"
Premyer Liqa: "Karvan-Yevlax" cari mövsümdə ikinci qələbəsini də "Kəpəz" üzərində qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər