Azər Bağırov: Gələcək oyunlarda istədiyimiz "Kəpəz"i görəcəyik
İnanıram ki, gələcək oyunlarda istədiyimiz "Kəpəz"i görəcəyik.
"Report" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Araz-Naxçıvan"a qarşı Azərbaycan Premyer Liqasının VI turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis görüşün gərgin mübarizə şəraitində keçdiyini bildirib:
"Gərgin oyun oldu. Futbolçulara oyundan əvvəl matça fokuslanmaq barədə tapşırıq vermişdik. Rəqibin necə oynadığını bilirdik. Qol epizodları verməsək də, rəqibin üstün cəhətləri vardı. Texniki cəhətdən heyətlərində yaxşı futbolçular çıxış edir. Bizim də qol epizodlarımız oldu. Rəqibi təzyiqdə saxlaya bildik. Bunu daha da inkişaf etdirmək lazımdır. İnanıram ki, gələcək oyunlarda istədiyimiz "Kəpəz"i görəcəyik".
Qeyd edək ki, ölkə çempionatının VI turunda "Kəpəz" səfərdə "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
"Kəpəz" yeni baş məşqçisini açıqlayıb
"Araz-Naxçıvan"ın məşqçisi: Avrokubok zonasına düşə bilsək, şad olarıq
Premyer Liqa: “Kəpəz” “Araz-Naxçıvan”a qalib gəlib
"Qarabağ", "Kəpəz" və "Araz-Naxçıvan" klubları cərimələnib
"Kəpəz"in legioneri: Klubun tarixinə düşdüyüm üçün xoşbəxtəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












