Yevgeni Kukseviç: "Gürcüstanla yoldaşlıq oyununun xeyrini gələcəkdə görəcəyik"
sizinxeber.az xəbər saytı

Yevgeni Kukseviç: "Gürcüstanla yoldaşlıq oyununun xeyrini gələcəkdə görəcəyik"


Azərbaycanın futzal millisi Gürcüstanla keçirdiyi yoldaşlıq oyununun xeyrini gələcəkdə görəcək.

"Report" xəbər verir ki, bunu yığmamızın baş məşqçisi Yevgeni Kukseviç sözügedən matçdan sonra Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis millinin məğlub olduğu görüşü dəyərləndirib:

"Yaxşı rəqibə qarşı oynadıq. Gürcüstan millisi bir neçə ay əvvəl Avropa çempionatının final mərhələsində çıxış edib. Güclü rəqibə qarşı gözlədiyimizdən də yaxşı mübarizə apardıq. Görüş ərzində əvvəldən yaratdığımız 2 real imkanı qola çevirə bilsəydik, hadisələr fərqli şəkildə davam edəcəkdi, əhval-ruhiyyə yaxşı olacaqdı. Əvəzində fərdi səhvlərdən 2 qol buraxdıq. Buna baxmayaraq, oyundan qopmadıq. Yenə şanslarımız oldu. Həmin imkanlardan istifadə edə bilsəydik, hesab xeyrimizə olacaqdı. Təəssüf ki, realizə baxımından "axsadıq". Ümumi götürsək, bu görüş bizə çox lazım idi. Bunun xeyrini gələcəkdə görəcəyik".

Baş məşqçi qarşılaşma ərzində gənc oyunçulara şans verdiklərini bildirib:

"Bu gün bir neçə gənc futzalçıya meydana çıxmaq şansı yaratdıq. Vaxt etibari ilə bəlkə də meydanda az oldular, ancaq millinin oyun həyəcanını yaşadılar, atmosferi hiss etdilər".

Qeyd edək ki, Gürcüstan - Azərbaycan oyunu rəqib komandanın 4:2 hesablı qələbəsi ilə bitib.

Oxşar xəbərlər

Futzal üzrə Azərbaycan millisi Gürcüstanla yoldaşlıq görüşünə çıxacaq
Futzal üzrə Azərbaycan millisi Gürcüstana uduzub
Yevgeni Kukseviç: "Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Yevgeni Kukseviç: "Gürcüstan və Qazaxıstan güclü rəqiblərdir, bu oyunlar inkişafımız üçün vacibdir"
Azərbaycanın futzal millisi 2 yoldaşlıq görüşü keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər