Zidan Fransa yığmasına rəhbərlik etmək üçün şifahi razılıq verib
sizinxeber.az xəbər saytı

Zidan Fransa yığmasına rəhbərlik etmək üçün şifahi razılıq verib


Fransa millisinin, "Real" (İspaniya) və "Yuventus"un (İtaliya) sabiq futbolçusu Zinəddin Zidanın yeni iş yeri bəlli olub.

"Sizinxeber.az" "Le Parisien"ə istinadən məlumatına görə, 53 yaşlı mütəxəssis Fransa millisinə rəhbərlik etmək üçün şifahi razılıq verib.

Zidanın DÇ-2026-dan sonra baş məşqçi Didye Deşamı əvəzləyəcəyi gözlənilir.

Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo "Le Figaro" nəşrinə verdiyi müsahibədə yeni baş məşqçinin adının artıq məlum olduğunu və tezliklə rəsmi açıqlamanın veriləcəyini təsdiqləyib.

Qeyd edək ki, Zidan 2021-ci ildə "Real"dan ayrıldıqdan sonra işsiz idi və adı uzun müddət idi İngiltərənin "Mançester Yunayted" klubu ilə hallanırdı.

Oxşar xəbərlər

Zidan dil probleminə görə "Mançester Yunayted"də işləmək istəməyib
Zidan yaxın gələcəkdə məşqçiliyə qayıtmaq niyyətində deyil
Zinəddin Zidan karyerasının ən yaxşı qolunu açıqlayıb
Zinəddin Zidanın böyük oğlu karyerasını başa vurub
2000-ci illərin ən yaxşı milli futbolçuları açıqlanıb - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər