"Barselona"da prezident seçkilərinin nəticələri açıqlanıb: Laporta qələbə qazanıb
sizinxeber.az xəbər saytı

"Barselona"da prezident seçkilərinin nəticələri açıqlanıb: Laporta qələbə qazanıb


İspaniyanın "Barselona" klubu prezident seçkilərinin nəticələrini açıqlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Hazırkı klub prezidenti Joan Laporta səslərin 68,18 faizini toplayaraq qalib gəlib. Onu 32 934 seçici dəstəkləyib. Laportanın rəqibi Viktor Fonta (29,78 faiz) 14 385 səs verilib.

Bülletenlərin 984-ü (2,04 faiz) boş qalıb.

Qeyd edək ki, 2021-ci ildən bu vəzifədə olan Joan Laporta 2003-cü ildən 2010-cu ilədək "Barselona"nın prezidenti vəzifəsini daşıyıb. Beləliklə, o, 2031-ci ilədək Kataloniya təmsilçisinə rəhbərlik edəcək.

Oxşar xəbərlər

Laporta: "Barselona" bu yay transfer etməyəcək
"Barselona" klubu yeni transferini açıqlayıb
"Barselona" klubunun prezidenti Zəfər parkını ziyarət edib
"Barselona" braziliyalı futbolçunu icarəyə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər