Elçin Məsiyev: "UEFA Superkuboku oyununa təyinat aldığım üçün sevindim"
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Superkuboku oyununa təyinat aldığı üçün çox sevinib.
Bunu "Report"a açıqlamasında Azərbaycanın FIFA referisi Elçin Məsiyev Fransanın PSJ və İngiltərənin "Tottenhem" komandaları arasında keçirilən UEFA Superkuboku matçında dördüncü hakim funksiyasını yerinə yetirməsi ilə bağlı danışarkən deyib.
Ədalət təmsilçisi bunun onun üçün gözlənilməz olduğunu söyləyib:
"Superkubok görüşünə təyinat aldığım zaman çox sevindim. Tofiq Bəhramovdan sonra bir azərbaycanlı hakimin final oyununu idarə etməsi qürurvericidir. Belə bir matça təyinat almaq gözlənilməz idi. Finalda iştirak etmək, yüksək səviyyədə təşkil olunmuş qarşılaşmada iş başında olmaq çox fərqli bir hiss idi. İnanıram ki, bu təcrübə gələcəkdə də inkişafıma töhfə verəcək. Həmçinin əminəm ki, gənc hakimlərimiz üçün də bu, yaxşı stimul olacaq".
Qeyd edək ki, qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. PSJ penaltilər seriyasında rəqibini üstələyərək mükafata sahib çıxıb.
Oxşar xəbərlər
FIFA referisi Elçin Məsiyev Konfrans Liqasının oyununa təyinat alıb
Azərbaycanın FIFA referisi Avropa Liqasının oyununa təyinat alıb
Azərbaycanlı FIFA referisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb
Azərbaycanın FIFA referisi UEFA Superkubokuna təyinat alıb
FIFA referisi Elçin Məsiyev təyinat alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
