Premyer Liqa: “Neftçi” ilk turda heç-heçə edib
sizinxeber.az xəbər saytı

Premyer Liqa: “Neftçi” ilk turda heç-heçə edib


Misli Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

“Sizinxeber.az”un məlumatına görə, günün ikinci matçında “Neftçi” “Şamaxı”nı qəbul edib.

“Neftçi Arena”dakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.

Qonaqların heyətində 23-cü dəqiqədə Karim Rossi fərqlənib. Meydan sahiblərində Emin Mahmudov 45+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, günün ilk matçında “Turan-Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib. Ötən gün "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.

Oxşar xəbərlər

Premyer Liqa: "Turan Tovuz" qələbə qazanıb
Premyer Liqa: "Şamaxı" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib
Premyer Liqa: "Sumqayıt" "Səbail"ə qalib gəlib
Premyer Liqa: "Neftçi" "Zirə"ni məğlub edib
Premyer Liqa: "Neftçi" və "Turan Tovuz" yeni mövsümdə ilk oyunlarını bu gün keçirəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər