"Sabah"ın baş məşqçisi: "İki oyunda fərqlənə bilmiriksə, rəqib komanda növbəti mərhələyə yüksəlməyə layiqdir"
Rəqib komanda pley-off mərhələsinə yüksəlməyə layiq idi.
"Sizinxeber.az"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.
Mütəxəssis Bakıda Bolqarıstanın "Levski" (Sofiya) komandasına qarşı keçirdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı mətbuat konfransında fikirlərini bölüşüb:
"Danışmağa çox sözüm yoxdur. Əgər iki oyunda fərqlənə bilmiriksə, demək rəqib komanda növbəti mərhələyə yüksəlməyə layiqdir. Səfərdə nizam-intizamlı oyun sərgiləmişdik. İlk matçda bizi heç-heçədən son 10 saniyə ayırdı. Cavab matçında rəqib riskə getmədi, biz isə etməli idik. İlk yarıda 1 səhvə yol verdik, o da qolla nəticələndi. Bu gün meydana toplaşan azarkeşlərə öz təşəkkürümüzü bildiririk.
Artıq bu qarşılaşmanı unudub, Premyer Liqaya köklənəcəyik. Bizim bir arzumuz var ki, 2025/2026 mövsümünün sonunda turnir cədvəlində avrokuboklar zonasına düşək. Azərbaycanı Avropada daha yaxşı təmsil etmək istəyirik".
Qeyd edək ki, "Sabah" - "Levski" görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
"Sabah"ın baş məşqçisi: "Levski" ilə oyunda istədiyimiz "11-liy"i meydanda görə biləcəyik"
"Sabah"ın baş məşqçisi: "Futbolçularımla fəxr edirəm"
"Sabah"ın baş məşqçisi: "Bizi "Levski" ilə qarşılaşmada nəyin gözlədiyini bilirəm"
Rəşad Sadıqov: İkinci yarıda meydanda üstün olan tərəf "Zirə" idi
"Levski"nin baş məşqçisi: "Sabah"la cavab matçında uğurlu seriyanı davam etdirmək istəyirik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
