"Levski"nin baş məşqçisi: "Çempionat matçından sonra "Sabah"la oyunu düşünəcəyik"
Bolqarıstanın "Levski" (Sofiya) komandasının baş məşqşçisi Xulio Velaskes çempionat matçında sonra UEFA Konfrans Liqasında "Sabah"la oyunu düşüşəcəklərini söyləyib.
"Sizinxeber.az" yerli mətbuata istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis bu barədə Portuqaliya təmsilçisi "Braqa"ya əlavə vaxtda uduzduqları (0:1) Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
O, məğlub olduqları komandanın büdcəsinə görə onlardan 11 dəfə böyük olduğunu söyləyib:
"Çox ciddi klubla üz-üzə gəldik. Əla oyunlar keçirdik. Bəzi fürsətlərdən yararlana bilmədik. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm. İndi diqqətimizi bazar günü baş tutacaq çempionat qarşılaşmasına cəmləyəcəyik. Sonra yenidən avrokubok matçı haqqında düşünəcəyik".
Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Levski" ilə üz-üzə gələcək. Bakı təmsilçisi ilk oyunu avqustun 7-də səfərdə, cavab görüşünü isə avqusun 14-də evdə keçirəcək. "Levski" avqustun 3-də Bolqarıstan çempionatının III turunda "Slaviya" (Sofiya) ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Moldova klubunun baş məşqçisi: "Sabah"la cavab oyununda riskə getməli olduğumuzu bilirdik"
"Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub
"Sabah"ın baş məşqçisi: "Möhtəşəm qələbə qazandıq"
"Sabah"ın UEFA Konfrans Liqasındakı rəqibi müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
