Vaqif Sadıqov: "Qarabağ" bu gün sensasiyaya imkan verməyəcək"
"Qarabağ" bu gün sensasiyaya imkan verməyəcək.
Bunu “Sizinxeber.az”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan çempionunun bu gün Bakıda Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Avrokuboklarda "Qarabağ"dan gözləntilər böyükdür. Komandanın cavab matçında da məzmunlu oyun göstərərək müsbət nəticə əldə edəcəyinə inanıram. Pley-offda da bizə tanış olan və daha əvvəl məğlub edə bildiyimiz kollektivlərdən biri ilə üz-üzə gələ bilərik. Bu rəqiblərlə qarşılaşmaya da ciddi hazırlaşmalı və Avropanın bir nömrəli turnirinin Liqa mərhələsinə yüksəlməliyik. Komandanın oyunu, futbolçuların potensialı və klubun təcrübəsi buna imkan verir".
V. Sadıqov Şimali Makedoniya təmsilçisinin zəif olmadığını söyləyib:
"Sensasiyanı ağlımıza gətirməyək. Hər bir rəqibə hörmətlə və ciddi yanaşmaq lazımdır. Avropada hamı futbol oynamağı bacarır. "Qarabağ"ın ilk matçda rahat qalibiyyət əldə etdiyini düşünməməliyik. Çempionumuz bunun üçün xeyli güc sərf edir. Məncə, komanda bu gün də hansısa sensasiyaya imkan verməyəcək. Klubun hədəfləri böyükdür. Bunun üçün yeni heyət də formalaşır. Məncə, komanda Çempionlar Liqasında yoluna davam edəcək".
Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 1:0.


width="220" alt="Vaqif Cavadov: “Şimali Makedoniya klubu ilə səfər matçı “Qarabağ” üçün çətin olacaq”" />
width="220" alt="Vaqif Sadıqov: "Qarabağ" “Ludoqorets”dən qat-qat üstündür" />
width="220" alt="Şimali Makedoniya klubunun futbolçusu: "Qarabağ"ı məğlub etməyə çalışacağıq"" />
width="220" alt="Qurban Qurbanov: "Şkendiya" ilə matçda sona qədər öz xarakterimizi göstərməliyik"" />
width="220" alt=""Şkendiya"nın baş məşqçisi: "Qarabağ"a utanılacaq hesabla məğlub olmamışıq"" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />