Vaqif Sadıqov: "Qarabağ" “Ludoqorets”dən qat-qat üstündür
Hesab edirəm ki, bu gün Azərbaycan çempionu səviyyə və keyfiyyət baxımından “Ludoqorets”dən qat-qat üstündür.
Bunu “Report”a açıqlamasında AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın “Ludoqorets”lə (Bolqarıstan) cavab oyunu haqqında danışarkən deyib.
Mütəxəssis Bolqarıstan klubunun uzaqbaşı bu iki matçdan birində qələbə qazana biləcəyini söyləyib:
“Məğlubiyyətin sığortası yoxdur. Vacib olan iki oyunun nəticəsidir. “Ludoqorets” klubu əzmlə, istəklə ən yaxşı halda bir oyunda nəticə əldə edə bilərdi. Amma ümumi nəticəni qazanmaq, mərhələni keçmək üçün keyfiyyət və səviyyə çox önəmlidir. İnanıram ki, “Qarabağ” yerindən və rəqibdən asılı olmayaraq öz oyun tərzi sayəsində bu gün dediklərimi təsdiq edəcək, hər birimizi sevindirəcək və müsbət nəticə ilə vətənə qayıdacaq”.
Qeyd edək ki, "Ludoqorets" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da Razqard şəhərindəki "Huvepharma Arena"da baş tutacaq.
Oxşar xəbərlər
"Qarabağ" - "Ludoqorets" matçına 20 mindən çox bilet satılıb
Mahmud Qurbanov: “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə düşmək şansı böyükdür
"Ludoqorets"in baş məşqçisi: "Qarabağ" açıq futbol oynayırdı
Çempionlar Liqası: "Qarabağ" səfərdə Bolqarıstan klubu ilə qarşılaşacaq
"Qarabağ"ın baş məşqçisi: "Ludoqorets"in ən üstün cəhəti standart vəziyyətlərdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













