Vaqif Cavadov: “Şimali Makedoniya klubu ilə səfər matçı “Qarabağ” üçün çətin olacaq”
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniya klubu “Şkendiya” ilə bu gün baş tutacaq səfər matçı “Qarabağ” üçün çətin olacaq.
Bunu “Sizinxeber.az”a açıqlamasında Ağdam klubunun sabiq futbolçusu Vaqif Cavadov deyib.
36 yaşlı mütəxəssis Şimali Makedoniya komandasının güclü olduğunu vurğulayıb:
“Şkendiya” ilə səfər matçı “Qarabağ” üçün çətin olacaq. “Şkendiya” əvvəlki mərhələdə güclü komandanı keçdi. Hansı ki, klubun prezidenti “Qarabağ”ı böyük hesabla məğlub edəcəklərini deyirdi. Amma əksinə oldu, mərhələni keçə bilmədilər. “Şkendiya”nın da güclü rəqib olduğu göründü. İnanıram ki, “Qarabağ” bunu dərk edir. Qurban Qurbanov da rəqibin keyfiyyətli komanda olduğunu qeyd etmişdi. Ona görə də inanıram ki, ciddi yanaşıb müsbət nəticə əldə edəcəklər. “Qarabağ”a uğurlar arzulayıram”.
Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" matçı bu gün, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması isə 20:00-da başlayacaq.
Oxşar xəbərlər
"Qarabağ"ı Şimali Makedoniyada 30-a yaxın azarkeş dəstəkləyəcək
Emin İmaməliyev: "Qarabağ" "Şkendiya" ilə matçın favoritidir"
Qurban Qurbanov: "Şkendiya" ilə matçda sona qədər öz xarakterimizi göstərməliyik"
"Şkendiya"nın baş məşqçisi: "Qarabağ" güclü rəqibdir"
ÇL: “Qarabağ”ın növbəti mərhələdəki rəqibi müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













