"Şkendiya"nın baş məşqçisi: "Qarabağ"a utanılacaq hesabla məğlub olmamışıq"
sizinxeber.az xəbər saytı

"Şkendiya"nın baş məşqçisi: "Qarabağ"a utanılacaq hesabla məğlub olmamışıq"


"Şkendiya" "Qarabağ"a utanılacaq hesabla məğlub olmayıb.

"Report" xəbər verir ki, bunu "Şkendiya"nın (Şimali Makedoniya) baş məşqçisi Ceton Bekciri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan sonra mətbuat konfransında deyib.

"Utanılacaq hesabla məğlub olmadıq. Rəqib komanda yalnız 1:0 hesabı ilə öndədir. Bakıda yaxşı nəticə qazanmağa çalışacağıq" ,- deyə o söyləyib.

Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

Qurban Qurbanov: "Şkendiya" səfərində qələbə qazanmaq çox vacib idi"
Vaqif Cavadov: “Şimali Makedoniya klubu ilə səfər matçı “Qarabağ” üçün çətin olacaq”
"Qarabağ"ın baş məşqçisi: "Şkendiya" səfərində qələbə qazanmaq çox vacib idi"
"Şkendiya"nın baş məşqçisi: "Qarabağ" güclü rəqibdir"
"Qarabağ"ı Şimali Makedoniyada 30-a yaxın azarkeş dəstəkləyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər