Sizinxeber.az » İdman » Futbol » Mahmud Qurbanov: "Levski" ilə matçın sonuna yaxın "Sabah"ın müdafiəsində boşluqlar yaranmışdı"

Mahmud Qurbanov: "Levski" ilə matçın sonuna yaxın "Sabah"ın müdafiəsində boşluqlar yaranmışdı"

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində Bolqarıstanda “Levski”yə məğlub olan (0:1) “Sabah”ın müdafiə xəttində sona yaxın boşluqlar yaranmışdı.

Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Mahmud Qurbanov deyib.

Mütəxəssis rəqibin təzyiqi nəticəsində Bakı klubunun son dəqiqələrdə qol buraxdığını söyləyib:

“Sabah” minimal hesabla uduzmasına baxmayaraq, yaxşı təsir bağışladı. Güclü rəqibə qarşı həm müdafiədə, həm hücumda yaxşı oynadılar. Mübarizə apardılar. Rəqibə oynamağa imkan vermədilər. İstək çox, oyun da var idi. Hər iki hissədə qapıya zərbələr endirdilər, sürətli hücumları oldu. Mikelsin ikinci hissədə qol vurmaq şansı var idi. Komanda səhvsiz oynadı. Amma əlavə olunmuş dəqiqələrdə rəqib təzyiqi artırdıqca müdafiədə boşluqlar yaranırdı. “Sabah”ın cərimə meydançasına tərəf xeyli ötürmələr etdilər. Həmçinin müdafiəçilər rəqibin oyunçularını diqqətdən qaçırırdılar. Bir neçə epizodda qapıçı Stas Pokatilov komandanı qoldan xilas etdi. Düşünürəm ki, dünən ən yaxşı oyunçu “Sabah”ın qapıçısı idi. Sadəcə, son dəqiqlərdə qol buraxdılar. Məncə, Bakıdakı oyunda növbəti mərhələyə çıxmaq şansları var”.

O, “Levski”nin güclü komanda olduğunu vurğulayıb:

“Hər il komandalar yenilənir, futbol daha da sürətlənir. Hər oyunun öz tarixçəsi olur. Ona görə də keçmişlə əlaqələndirmək düzgün olmaz. Nəsillər, məşqçilər dəyişir. İndi futbol daha sürətlidir. Ancaq bəlli olan odur ki, “Levski” güclü komandadır. Xüsusən də kapitanlarını qedy edərdim. Sağ cinahda oynayan solaxay futbolçuları da təhlükəli idi”.

M.Qurbanov sonda buraxılan qolun yorğunluqla əlaqədar olmadığını düşünür:

“Komandada yalnız 90-cı dəqiqədən sonra boşluqlar yaranmağa başladı. Bunun yorğunluqla bağlı olduğunu deməzdim. Sadəcə, oyunun sonlarına yaxın “Sabah”ın futbolçuları konsentrasiyanı itirdilər. Rəqib güclü təzyiq edirdi. Amma bu məqama qədər müdafiədə kobud səhvə yol verməmişdilər”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 14-də Masazırdakı “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !