Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
sizinxeber.az xəbər saytı

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib


Avrokuboklarda həftənin oyunlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

"Sizinxeber.az" xəbər verir ki, III təsnifat mərhələsinin ilk matçlarından sonra əmsalı 19.000-ə çatan Azərbaycan 28-ci yerdə qərarlaşıb.

Ukrayna (19.600) 27-ci, Rusiya (18.299) 29-cu sıradadır.

Bu həftə Azərbaycan təmsilçilərindən "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində səfərdə "Şkendiya"nı (Şimali Makedoniya) məğlub edib - 1:0. "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mçərhələsində Bolqarıstanın "Levski" klubuna 0:1 hesabı ilə uduzub. "Araz-Naxçıvan" isə Bakıda Kiprin "Omoniya" komandasına böyük hesabla yenilib - 0:4.

Qeyd edək ki, UEFA reytinqində İngiltərə (94.839) liderdir.

Oxşar xəbərlər

UEFA reytinqi: Rusiyanı qabaqlayan Azərbaycan 28-ci pillədə möhkəmlənib
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
UEFA reytinqi: Azərbaycan ötən həftə ilə müqayisədə geriləyib
Azərbaycan UEFA reytinqində iki pillə geriləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər