UEFA reytinqi: Rusiyanı qabaqlayan Azərbaycan 28-ci pillədə möhkəmlənib
Avrokuboklarda həftənin oyunlarından sonra Azərbaycan UEFA reytinqində Rusiyanı qabaqlayaraq 28-ci pillədə möhkəmlənib.
"Report" xəbər verir ki, II təsnifat mərhələsinin cavab matçlarının ardından ölkənin əmsalı 18.750-ə çatıb.
Cari mövsümdə qazanılan əmsal isə 1.625-ə yüksəlib. Ukrayna (19.225) 27-ci, Rusiya (18.299) 29-cu sıradadır.
Bu həftə Azərbaycan təmsilçilərindən "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıdakı cavab oyununda İrlandiyanın "Şelburn" kollektivini minimal hesabla üstələyib - 1:0. Səfərdə rəqibini üç cavabsız qolla yenən "köhlən atlar" növbəti raundda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək.
"Sabah" UEFA Konfrans Liqasında Moldovanın "Petrokub" komandasına şans verməyib. Səfərdə 2:0 hesablı qalibiyyyət əldə edən "bayquşlar" ötən gün evdə 4:1 hesablı qələbəyə sevinib və III təsnifat mərhələsinə adlayıb.
"Araz-Naxçıvan" Yunanıstanda "Aris"lə bərabərə qalıb - 2:2. Bu, Bakıda qalib gələn (2:1) Naxçıvan təmsilçisinin növbəti raunda vəsiqə qazanmasına kifayət edib.
"Zirə" isə Xorvatiyadakı qarşılaşmanın əlavə vaxtında "Hayduk"a uduzub - 1:2. Bakıda rəqibi ilə bərabərə qalan (1:1) "qartallar" avrokuboklarda mübarizəni dayandırıb.
Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın "Levski" (Sofiya), "Araz-Naxçıvan" Kiprin "Omoniya" klubu ilə münasibətlərə aydınlıq gətirəcək.


width="220" alt=""Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib" />
width="220" alt="UEFA reytinqi: Azərbaycan bir pillə irəliləyərək Rusiyanı geridə qoyub" />
width="220" alt="UEFA reytinqi: Azərbaycan ötən həftə ilə müqayisədə geriləyib" />
width="220" alt=""Araz-Naxçıvan"la "Sabah" UEFA Konfrans Liqasında ilk matça çıxacaq" />
width="220" alt=""Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />