“Araz-Naxçıvan” Türkiyədəki sonuncu yoxlama matçında qələbə qazanıb
sizinxeber.az xəbər saytı

“Araz-Naxçıvan” Türkiyədəki sonuncu yoxlama matçında qələbə qazanıb


Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” sonuncu yoxlama matçında qələbə qazanıb.

"Sizinxeber.az" xəbər verir ki, komanda Türkiyə Superliqasının aparıcı klublarından "Trabzonspor"la qarşılaşıb.

Görüş Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Araz-Naxçıvan” daha əvvəl “Bayburtspor”u 14 cavabsız qolla üstələyib, “Alanyaspor”la qolsuz heç-heçə edib, "Konyaspora" məğlub olub - 1:2. Komanda iyulun 19-da Bakıya dönəcək və “Aris”lə oyunun hazırlığını paytaxtda davam etdirəcək.

Qeyd edək ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Oxşar xəbərlər

"Araz-Naxçıvan" növbəti yoxlama matçını bu gün keçirəcək
“Araz-Naxçıvan” Türkiyədə sonuncu yoxlama  matçını keçirəcək
"Araz-Naxçıvan" Türkiyə klubunu 14 cavabsız qolla məğlub edib
“Araz-Naxçıvan” Türkiyədə növbəti yoxlama oyununu keçirib
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Türkiyə klubuna qarşı oyunda komandanın performansından razı qaldım"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər