AFFA rəsmisi: "U-21 millisinin rəsmi oyunlarda da uğurlu çıxış edəcəyinə inanırıq"
AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin rəsmi oyunlarda da uğurlu çıxış edəcəyinə inanır.
Mütəxəssis bu barədə "Sizinxeber.az"a açıqlamasında bildirib.
O, yığmanın son matçlardakı uğurlu çıxışı barədə danışıb:
"U-21 millisinin yeni məşqçilər korpsunun işi müsbət mənada nəzərə çarpır. Baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında yığma əlindən gələni edir ki, maksimum nəticə göstərsin. Son oyunlarda qeydə alınan nəticələr bunun bariz nümunəsidir. Komanda son 4 qarşılaşmada cəmi bir dəfə məğlub olub. Başadüşüləndir ki, hər biri yoldaşlıq görüşləri olub. Lakin istənilən halda nəticələr qənaətbəxşdir. İnşallah, uğurlu çıxışın davamını rəsmi matçlarda gözləyirik. Futbolçuların hazırkı performansı rəsmi qarşılaşmalarda da yüksək nəticələrə ümid etməyə əsas verir".
C.Həsənzadə U-21 millisində yer alan oyunçuların motivasiyalarının yüksək olduğunu bildirib:
"Futbolçuların yüksək motivasiyası diqqətdən qaçmır. Onların bir neçəsi ötən seçmə mərhələdə yığmanın heyətində yer alıblar. Həmin futbolçular bir neçə ağır görüşlərdə iştirak ediblər. Millinin formasını geyinən hər kəs məsuliyyəti dərk edir".
Qeyd edək ki, Azərbaycanın U-21 millisi yoxlama görüşündə Baranoviçi şəhərində Belarusa 1:3 hesabı ilə məğlub olub. Yığma növbəti oyunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro ilə qolsuz heç-heçəyə razılaşıb.
Oxşar xəbərlər
Azərbaycan millisinin üç üzvü Bosniya və Hersoqovina ilə oyunlarda iştirak etməyəcək
Azərbaycan millisinin baş məşqçisi: “Komandamızın üzvləri 6 aydır yığılıb”
Azərbaycan millisinin futbolçusu məğlubiyyətsizlik seriyasını davam etdirəcəklərini düşünür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
