Rud van Nistelroy İngiltərə klubundan ayrılıb
sizinxeber.az xəbər saytı

Rud van Nistelroy İngiltərə klubundan ayrılıb


"Lester"in baş məşqçisi Rud van Nistelroy komandadan ayrılıb.

"Report" xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Niderland millisinin sabiq üzvü "Lester"ə 2024-cü ilin dekabrında qoşulub. Komanda onun rəhbərliyi altında keçirdiyi 27 oyunda 5 qələbə qazanıb, 3 heç-heçə edib, 19 matçda məğlub olub.

"Lester" 2024/2025 mövsümündə Premyer Liqada 18-ci yeri tutaraq Çempionşipə yuvarlanıb.

Oxşar xəbərlər

Rud van Nistelroy "Mançester Yunayted"dən ayrılıb
Niderlandlı baş məşqçi İngiltərə klubundan ayrılacaq
Ceymi Vardi "Lester"dən ayrılacağını açıqlayıb
"Lester" "Tottenhem" klubunun futbolçusunu transfer edib
Qazaxıstan klubunun rusiyalı baş məşqçisi postunu tərk edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər