Mahir Emreli: "Kayzerslautern" böyük klubdur, hədəfə çatmaq üçün əlimdən gələni edəcəyəm"
sizinxeber.az xəbər saytı

Mahir Emreli: "Kayzerslautern" böyük klubdur, hədəfə çatmaq üçün əlimdən gələni edəcəyəm"


Almaniya təmsilçisi "Kayzerslautern"a transfer olunan Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni klubunda çatmaq istədiyi hədəflərinin olduğunu bildirib.

"Sizinxeber.az" xəbər verir ki, 27 yaşlı futbolçu barədə klubun rəsmi saytına açıqlamasında söyləyib.

"Kayzerslautern" böyük kollektivdir. Almaniya karyerama başlamazdan əvvəl bu komandanı tanıyırdım. Ötən mövsüm "Nürnberq"in heyətində çıxış edərkən "Kayzerslautern" stadionunun atmosferi və azarkeşləri ağlımda qalmışdı. Mənə güvənən hər kəsə təşəkkür edirəm. Mənə göstərilən etimadı doğrultmaq üçün səbirsizlənirəm. Hədəflərimizə çatmaq üçün əlimdən gələni edəcəyəm", - M.Emreli deyib.

Qeyd edək ki, Mahir Emreli bu gün "Kayzerslautern" klubu ilə 3 illik müqavilə bağlayıb.

Oxşar xəbərlər

Mahir Emreli Almaniya klubunda 10 nömrəli formanı geyinəcək
Mahir Emreli: Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəyəm
Mahir Emreli "Hamburq"la oyundan sonra azarkeşlərə müraciət edib
Mahir Emreli Almaniya klubunda məhsuldar ötürmə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər