Benzia, Andrade və Veşoviç “Qarabağ”dan gedib
"Qarabağ"ın monteneqrolu futbolçusu Marko Veşoviç klubdan ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, 33 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb.
Xatırladaq ki, "köhlən atlar" daha əvvəl Yassin Benzia və Patrik Andrade ilə vidalaşdığını açıqlamışdı.
Qeyd edək ki, Veşoviç bu mövsüm "Qarabağ"ın heyətində ümumilikdə 31 oyuna çıxıb. Oyunçu bu qarşılaşmalarda 3 asistlə yadda qalıb.
Bundan başqa Ağdamın təmsilçisi Patrik Andrade ilə də yollarını ayırıb. Kabo-verdeli yarımmüdafiəçinin klub ilə müqaviləsi başa çatıb.
Patrik Andrade ötən mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Azərbaycan çempionunun yollarını ayırdığı bir digər oyunçu isə Yassin Benzia olub.
Klub əlcəzairli yarımmüdafiəçi ilə başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, Yassin Benzia 2023-cü ilin yanvar ayından "Qarabağ"da çıxış edirdi.
Əlcəzair millisinin üzvü bu müddət ərzində komandanın heyətində meydana çıxdığı 104 rəsmi matçda 28 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Marko Veşoviç "Qarabağ"dan ayrılıb
Markov Veşoviç "Qarabağ"dan ayrılıb
Daha bir futbolçu "Qarabağ"la vidalaşıb
"Qarabağ" daha bir futbolçunun gedişini elan edib
"Qarabağ" evində "Lion"a 4:1 məğlub olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
-
Tramp Tulsi Qabbardın istefasını təsdiqləyib - YENİLƏNİB
