Amerikalı üzgüçü bir gündə iki dəfə dünya rekordu müəyyənləşdirib
sizinxeber.az xəbər saytı

Amerikalı üzgüçü bir gündə iki dəfə dünya rekordu müəyyənləşdirib


Amerikalı üzgüçü Qretçen Uolş bir gündə iki dəfə 100 metr məsafəyə kəpənək üsulu ilə üzməkdə dünya rekordu müəyyənləşdirib.

"Sizinxeber.az"un xarici KİV-ə istinadən məlumatına görə idmançı bunu Fort Lauderdeyldə (ABŞ, Florida) keçirilən turnirdə reallaşdırıb.

İdmançı ilkin mərhələdə 55,09 saniyə, finalda isə 54,60 nəticə göstərib. Bundan əvvəlki dünya rekordu da məhz Uolşa məxsus idi - 55,18 saniyə.

Qeyd edək ki, 22 yaşlı üzgüçü 2024-cü ildə Parisdə keçirilən yay Olimpiya Oyunlarında iki qızıl və eyni sayda gümüş medal qazanıb. O, həmçinin 2023-cü ildə təşkil olunan dünya çempionatında qızıl, gümüş və bürünc medallar qazanıb. 2024-cü ildə amerikalı qısa kurs üzrə dünya çempionatında 7 qızıl medal qazanıb, həmçinin 9 dünya rekordu müəyyənləşdirib.

Oxşar xəbərlər

Amerikalı üzgüçü dünya rekordu müəyyənləşdirib
Amerikalı üzgüçü yeni dünya rekordu müəyyənləşdirib
Amerikalı üzgüçü dünya rekordçusu olub
Kanadalı üzgüçü dünya çempionatında yeni rekord müəyyənləşdirib
Amerikalı atlet bir həftə ərzində iki dünya rekordu müəyyənləşdirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər