sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Amerikalı üzgüçü dünya rekordu müəyyənləşdirib
Amerikalı üzgüçü Qretçen Uolş 50 metr məsafəyə kəpənək üsulu ilə üzməkdə dünya rekordu müəyyənləşdirib.
“Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, idmançı bunu Macarıstanda keçirilən dünya çempionatında reallaşdırıb.
O, 24,02 saniyə nəticə göstərib. Əvvəlki rekord isveçli Tereza Alşammara (24,38 saniyə) məxsus idi.
Qeyd edək ki, 21 yaşlı üzgüçü bu il Parisdə keçirilən Olimpiya Oyunlarında iki qızıl və eyni sayda gümüş medal qazanıb. O, həmçinin 2023-cü ildə keçirilən dünya çempionatında bir qızıl, gümüş və bürünc medal əldə edib.
Oxşar xəbərlər
Amerikalı üzgüçü dünya rekordçusu olub
Amerikalı üzgüçü yeni dünya rekordu müəyyənləşdirib
Amerikalı idmançı dünya rekordunu yeniləyib
Altıqat olimpiya çempionu karyerasını bitirib
Paris-2024: Niderlandlı idmançı dünya rekordu qırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













