Rauf Məmmədov özbəkistanlı şahmatçı üzərində qələbəni dəyərləndirib
Azərbaycanlı şahmatçı Rauf Məmmədov Bakıda təşkil olunan "Çempionların savaşı" turnirində özbəkistanlı Rüstəm Kasımcanov üzərində qələbəni dəyərləndirib.
"Sizinxeber.az"un məlumatına görə qrossmeyester yarışdan sonra jurnalistlərə açıqlama verib.
O, Almaniyadakı turnirdən sonra bir qədər yorğunluq olduğunu söyləyib:
"Təşkilatçılara təşəkkürümü bildirirəm ki, belə gözəl yarış keçirdilər. Almaniyadakı yarışdan sonra bir az yorğunluq var idi. Sevinirəm ki qələbə qazandım"
R.Məmmədov turnirdə blits növündəki oyunların daha asan keçdiyini bildirib:
"Blits daha asan idi. Altı oyuna 11 xal yarım topladım. Sonra bir az motivasiyam itdi və səhvə yol verdim. Sonda mənim üçün hər şey yaxşı bitdi".
Qeyd edək ki, rapid və blits oyunlarının nəticəsinə əsasən Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovu (Özbəkistan) 12:10 hesabı ilə üstələyib.
Digər görüşdə isə qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanovaya (Bolqarıstan) eyni hesabla qalib gəlib.
Oxşar xəbərlər
Bakıda şahmatın rapid və blits növləri üzrə “Çempionların savaşı” turniri keçiriləcək
Hindistanlı dünya çempionu Bakıda keçiriləcək şahmat turnirində iştirak etməyəcək
Azərbaycan çempionu: “Əfsanəvi şahmatçı Vişvanatan Anandla qarşılaşmaq mənim üçün qürurvericdir”
Azərbaycan şahmatçısı: “Çempionların savaşı” turnirində yaxşı nəticə göstərəcəyimə ümid edirəm"
Maqnus Karlsen blits üzrə dünya çempionatında birinci yeri rusiyalı şahmatçı ilə bölüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
