Azərbaycan çempionu: “Əfsanəvi şahmatçı Vişvanatan Anandla qarşılaşmaq mənim üçün qürurvericdir”
Əfsanəvi şahmatçı Vişvanatan Anandla qarşılaşmaq mənim üçün qürurvericdir.
Bunu “Report”a açıqlamasında Azərbaycan şahmatçısı Rauf Məmmədov Bakıda keçiriləcək “Çempionların savaşı” turnirində üz-üzə gələcəyi 15-ci dünya çempionu Vişvanatan Anandla görüş haqqında danışarkən deyib.
Azərbaycan çempionu hindistanlı rəqibinə qarşı oyunlarda şansını dəyərləndirib:
“Dünya çempionu və hazırda FIDE reytinqində ilk “10-luğ”a yaxın olan əfsanəvi şahmatçı Vişvanatan Anandla qarşılaşmaq mənim üçün qürurvericdir. Azərbaycan çempionu kimi bu, mənim üçün sürpriz oldu. Hazırda Almaniyada turnirdə çıxış edirəm. Anandla daha əvvəl də qarşılaşmışam. Vüqar Həşimov Memorialında ona 2:1 hesabı ilə qalib gəlmişdim. Fikrimcə, rəqibim favoritdir. Amma yaxşı rəqabət aparmağa çalışacağam”.
Qeyd edək ki, “Çempionların savaşı” turniri aprelin 27-dən 30-dək Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq. Digər görüşdə Azərbaycan çempionu Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə münasibətləri aydınlaşdıracaq.
Oxşar xəbərlər
Azərbaycan şahmatçısı: “Çempionların savaşı” turnirində yaxşı nəticə göstərəcəyimə ümid edirəm"
Bakıda şahmatın rapid və blits növləri üzrə “Çempionların savaşı” turniri keçiriləcək
Hindistanlı qrossmeyster dünya çempionu olub
Azərbaycan çempionu: "Hər kəs ən yaxşı oyununu göstərməyə çalışdı"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
