Azərbaycan şahmatçısı: “Çempionların savaşı” turnirində yaxşı nəticə göstərəcəyimə ümid edirəm"
sizinxeber.az xəbər saytı

Azərbaycan şahmatçısı: “Çempionların savaşı” turnirində yaxşı nəticə göstərəcəyimə ümid edirəm"


“Çempionların savaşı” turnirində həm rapid, həm də blitsdə yaxşı nəticə göstərəcəyimə ümid edirəm.

Bunu “Report”a açıqlamasında Azərbaycan şahmatçısı Günay Məmmədzadə Bakıda keçiriləcək “Çempionların savaşı” turnirində üz-üzə gələcəyi dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə görüş haqqında danışarkən deyib.

Azərbaycan çempionu rəqibi ilə əvvəllər də qarşılaşdığını bildirib:

“Turnirin formatı mənim üçün maraqlıdır. İlk dəfə xüsusi olaraq kiməsə qarşı rapid və blits matçları oynayacağam. Azərbaycan çempionları dünya çempionlarına qarşı oynayacaq. Ümid edirəm ki, izləyicilər üçün də maraqlı olacaq. Antoaneta Stefanovaya qarşı əvvəllər oynamışam. Klassik növdə, məncə, hesabda öndəyəm. Rapid növündə isə əmin deyiləm. Antoaneta yaxşı rəqibdir. Şahmatda gözlənilməz nəticələr olur. Həm rapid, həm də blits növündə yaxşı nəticə göstərəcəyimə ümid edirəm. Hər şey oyunlardan asılıdır. Yarışlara rəqiblərdən asılı olmayaraq, eyni səviyyədə hazırlaşıram. Bu turnir üçün də xüsusi hazırlıq keçməmişəm”.

Qeyd edək ki, “Çempionların savaşı” turniri aprelin 27-dən 30-dək Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq. Digər görüşdə Azərbaycan çempionu Rauf Məmmədov 15-ci dünya çempionu Vişvanatan Anandla (Hindistan) münasibətləri aydınlaşdıracaq.

Oxşar xəbərlər

Bakıda şahmatın rapid və blits növləri üzrə “Çempionların savaşı” turniri keçiriləcək
Azərbaycan şahmatçısı: "Dünya çempionatında ilk oyunlardan nəyinsə yolunda getmədiyi açıq-aşkar görünürdü"
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatı keçiriləcək
Rapid və blits üzrə dünya çempionatı Qətərdə keçiriləcək
Azərbaycan şahmatçıları dünya çempionatını medalsız başa vurublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər