Hindistanlı dünya çempionu Bakıda keçiriləcək şahmat turnirində iştirak etməyəcək
sizinxeber.az xəbər saytı

Hindistanlı dünya çempionu Bakıda keçiriləcək şahmat turnirində iştirak etməyəcək


Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək “Çempionların savaşı” turnirin heyətində dəyişiklik baş verib.

"Report" xəbər verir ki, hindistanlı dünya çempionu Vişvanatan Anand həkimlərin rəyinə əsasən səhhətində yaranan narahatlıqla bağlı səfərə çıxa bilməyəcəyini bildirib.

Bununla bağlı Azərbaycan Şahmat Federasiyasına müraciət edən V.Anand növbəti yarışlarda böyük məmnuniyyətlə iştirak edəcəyini söyləyib.
aprelin 28-dən 30-dək Milli Xalça Muzeyində təşkil olunacaq turnirdə Azərbaycan çempionu Rauf Məmmədov özbəkistanlı dünya çempionu Rüstəm Kasımcanova qarşı çıxış edəcək.

Qeyd edək ki, qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə həmin turnirdə dünya və Avropa çempionu Antoaneta Stefanova ilə mübarizə aparacaq. “Çempionlar savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.

Oxşar xəbərlər

Bakıda şahmatın rapid və blits növləri üzrə “Çempionların savaşı” turniri keçiriləcək
Azərbaycan çempionu: “Əfsanəvi şahmatçı Vişvanatan Anandla qarşılaşmaq mənim üçün qürurvericdir”
Azərbaycan şahmatçısı: “Çempionların savaşı” turnirində yaxşı nəticə göstərəcəyimə ümid edirəm"
Hindistanlı qrossmeyster dünya çempionu olub
Yaponiyanın olimpiya və dünya çempionu olmuş cüdoçuları Bakıdakı yarışda çıxış edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle