Maqnus Karlsen blits üzrə dünya çempionatında birinci yeri rusiyalı şahmatçı ilə bölüşüb
sizinxeber.az xəbər saytı

Maqnus Karlsen blits üzrə dünya çempionatında birinci yeri rusiyalı şahmatçı ilə bölüşüb


Rusiyalı şahmatçı Yan Nepomnyaşi və norveçli qrossmeyster Maqnus Karlsen blits üzrə dünya çempionatında birinci yeri bölüşüblər.

"Sizinxeber.az"un məlumatına görə, ABŞ-nin Nyu York şəhərində keçirilmiş final qarşılaşmasının ilk iki oyununda Karlsen qələbə qazanıb.

Daha sonra Nepomnyaşi iki dəfə onu məyus edib. Üç əlavə görüşdə isə heç-heçə qeydə alınıb.

Ardınca norveçli şahmatçı rəqibinə dünya çempionu titulunu bölüşməyə dəvət edib. Beləliklə, Beynəlxalq Şahmat Federasiyası ilk dəfə iki qrossmeysterin blits üzrə dünya çempionu olacağını açıqlayıb.

Daha əvvəl Maqnus Karlsen geyim qaydalarını pozduğu üçün rapid üzrə yarışdan kənarlaşdırılıb. O, biltsdə mübarizə aparmayacağını açıqlasa da, sonradan fikrindən danışıb.

Azərbaycan dünya çempionatında 15 şahmatçı ilə təmsil olunub. Onlardan heç biri blitsdə 1/4 finala yüksələ bilməyiblər. Rapiddə ən yaxşı nəticəni kişilərdən Məhəmməd Muradlı (12-ci yer), qadınlardan isə Günay Məmmədzadə (23-cü yer) göstəriblər.

Oxşar xəbərlər

Maqnus Karlsen dünya çempionatından kənarlaşdırılıb
Karlsen sürətli şahmat üzrə dünya çempionatının qalibi olub
Azərbaycan şahmatçıları dünya çempionatını medalsız başa vurublar
“Vüqar Həşimov Memorialı”nda iştirak üçün Maqnus Karlsenə dəvət göndərilib
FIDE Karlsenlə Polqarı bütün zamanların ən yaxşı şahmatçıları kimi tanıyıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər