ACF-nin idman direktoru: "Liqalarda toplanan xallar cüdoçuların reytinqini formalaşdıracaq"
sizinxeber.az xəbər saytı

ACF-nin idman direktoru: "Liqalarda toplanan xallar cüdoçuların reytinqini formalaşdıracaq"


Liqalarda toplanan xallar cüdoçuların reytinqini formalaşdıracaq.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini və idman direktoru Kamran Talıbov yeni yaradılan liqalarla bağlı təşkil olunan mətbuat konfransında deyib.

Qurum rəsmisi yeni yaradılan liqaların məqsədindən danışıb:

"Liqaların yaradılmasında əsas məqsədlərdən biri ondan ibarətdir ki, yığılan xallar yığmaların formalaşmasında əhəmiyyət daşıyacaq. Bu yarışlarda Azərbaycan yığmasının məşqçiləri iştirak edəcək. Liqalarda toplanan xallar cüdoçuların reytinqini formalaşdıracaq. İdmançılara mükafat fondu ayrılıb. Birbaşa özlərinə təqdim olunacaq. Bundan əlavə, klublara da dəstək veriləcək".

Qeyd edək ki, cüdo liqaları 3 yaş qrupu üzrə keçiriləcək. Böyüklərdə yalnız kişi, U-17 və U-14 liqalarında isə həm oğlan, həm də qız cüdoçular iştirak edəcəklər.

Yığmaların heyəti yalnız Azərbaycan çempionatı və ya birincilikləri əsasında deyil, ilboyu keçirilən daxili yarışlarda, eləcə də bu liqalarda toplanacaq reytinq xalları əsasında müəyyən ediləcək.

Oxşar xəbərlər

Cənubi Koreya Konstitusiya Məhkəməsi ədliyyə nazirinin impiçmentini rədd edib
Oskar Piastri Azərbaycan Qran-Prisində xallar qazanacaqlarına ümid edir
ACF rəsmisi: "Azərbaycan çempionatında bütün regionlardan cüdoçuların iştirakı çox sevindiricidir"
Mahir Emreli: "Rahat tətil keçirmək üçün bizə xallar qazanmaq lazımdır"
Gənclər və İdman Nazirliyi olimpiya növləri üzrə milli komanda üzvlərinin reytinqini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər