Avropa çempionatına qatılacaq Azərbaycan güləşçilərinin adları açıqlanıb
Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.
“X-Bionic” İdman Kompleksində keçiriləcək qitə birinciliyinin ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Orxan Abasov (79 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq), Abubakr Abakarov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) məsul yarışda çıxış edəcəklər.
Daha sonra baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 qadın güləşçi – Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq) və Ruzanna Məmmədova (62 kq) xalçaya çıxacaqlar.
Yarışın sonlarında isə yunan-Roma güləşçiləri uğur qazanmağa çalışacaqlar. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərlik etdiyi heyətdə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıblar.
Avropa çempionatında I-S kateqoriyalı hakimlər - Asif Şirəliyev və Sədi Quliyev ədaləti qoruyacaqlar.
Qeyd edək ki, görüşlər hər gün, Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. Yarımfinallar 18:45-də, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan güləşçiləri Xorvatiyada ilin ilk reytinq turnirində iştirak edəcəklər
Azərbaycanı Albaniyada keçiriləcək dünya çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib
Azərbaycan güləşçiləri Minskdə 8 medal medal qazanıb
Azərbaycan güləşçiləri dünya çempionatında iştirak edəcəklər
Azərbaycanın sərbəst güləşçiləri Minskdə 8 medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
