Sizinxeber.az » İdman » Fərdi » Azərbaycan güləşçiləri Xorvatiyada ilin ilk reytinq turnirində iştirak edəcəklər

Azərbaycan güləşçiləri Xorvatiyada ilin ilk reytinq turnirində iştirak edəcəklər

Azərbaycan güləşçiləri Xorvatiyada ilin ilk reytinq turnirində iştirak edəcəklər.

"Report" xəbər verir ki, fevralın 5-dən 9-dək davam edəcək “Zaqreb Open” yarışında hər 3 millimizin ümumilikdə 26 üzvü mübarizə aparacaq.

İlk olaraq turnirə sərbəst güləşçilər start verəcək. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Arseniy Djioyev (86 kq), Abubakr Abakarov və Osman Nurmaqomedov (hər ikisi 92 kq) çıxış edəcək.

Baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 5 qadın güləşçi – Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik, Günay Qurbanova (hər ikisi 59 kq) və Zəhra Kərimzadə (72 kq) ənənəvi yarışda mübarizə aparacaq.

Yunan-Roma güləşi millimiz reytinq turnirinə daha geniş heyətlə qatılıb. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli, Elmir Əliyev (hər ikisi 55 kq), Nihat Məmmədli, Hüseyn Qəribov (hər ikisi 60 kq), Murad Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Fərid Xəlilov (hər ikisi 67 kq), Ülvü Qənizadə, Ruslan Nurullayev (hər ikisi 72 kq), Sənan Süleymanov, Xasay Həsənli, Davud Məmmədov (hamısı 77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87 kq), Murad Əhmədiyev, Arif Niftullayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kq) Xorvatiyada uğur qazanmağa çalışacaq.

Yarışda I dərəcəli referi Vüqar Şükürov ədaləti qoruyacaq.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !