Avropa çempionatında iştirak edəcək Azərbaycanın cüdo yığmasının heyəti açıqlanıb
Monteneqronun paytaxtı Podqoritsada böyüklər arasında keçiriləcək cüdo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının heəti açıqlanıb.
"Report" Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir kİ, turnirdə Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 16 cüdoçu (9 kişi, 7 qadın) fərdi yarışlarda təmsil edəcək.
Azərbaycan Avropa çempionatları tarixində ilk dəfə böyüklər arasında qarışıq komanda yarışında da iştirak edəcək. Həmçinin, Olimpiya çempionlarımız Hidayət Heydərov və Zelim Kotsoyev Paris Olimpiadasından sonra ilk dəfə tatami üzərinə çıxacaqlar.
Milli komandanın üzvləri performans direktor və böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdullatif və məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-dən 27-nə qədər keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları Xorvatiyada Avropa Kubokunda iştirak edəcəklər
Avropa çempionatında iştirak edəcək Azərbaycanın gənc cüdoçuları bəlli olub
Azərbaycanı Fransada keçiriləcək "Böyük Dəbilqə"də 10 cüdoçu təmsil edəcək
Azərbaycan cüdoçuları Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
Azərbaycanın 30 cüdoçusu Yaponiyada təlim-məşq toplanışında iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













