Avropa çempionatında iştirak edəcək Azərbaycanın gənc cüdoçuları bəlli olub
Estoniyanın paytaxtı Tallində keçiriləcək gənclər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları dəqiqləşib.
Bu barədə "Sizinxeber.az"a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Ölkəmiz turnirdə 11 çəki dərəcəsində 9 oğlan və 7 qız idmançı ilə təmsil olunacaq.
Cüdoçular sentyabrın 5-7-də fərdi, ayın 8-də isə komanda yarışlarında iştirak edəcəklər. Məmmədrza Hacızadə komanda yarışında mübarizəyə qoşulacaq.
Onlara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığma komandanın məşqçiləri Elnur İsmayılov və İmamverdi Məmmədov rəhbərlik edəcək.
Qızlardan Könül Əliyeva, Fəridə Mirzəyeva (hər ikisi 48 kq), Xədicə Qədəşova (52 kq), Fidan Əlizadə, Fidan Qasımova (57 kq), Pərvanə Abdullayeva (70 kq), Nigar Süleymanova (+78 kq), oğlanlardan Nizami İmranov (60 kq), Vüsal Qələndərzadə, Aydın Rzayev (hər ikisi 73 kq), Süleyman Şükürov (81 kq), Aslan Kotsoyev, Şamil Tuncay (hər ikisi 90 kq), Əjdər Bağırov (100 kq), Ramazan Əhmədov və Kənan Nəsibov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, yarışda Olimpiya mükafatçısı Rüstəm Orucov Avropa Cüdo Birliyi tərəfindən idman komissarı, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əli Dəvrişov isə İnformasiya Texnologiyaları üzrə təşkilat komitəsinin üzvü kimi fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışında iştirak edib
Azərbaycan cüdoçuları dünya çempionatında iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
