Azərbaycanın 30 cüdoçusu Yaponiyada təlim-məşq toplanışında iştirak edir
Azərbaycanın 30 cüdoçusu Yaponiyada təlim-məşq toplanışında iştirak edir.
Bu barədə "Sizinxeber.az"a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Hazırlıq prosesinə böyüklər və gənclərdən ibarət yığmanın üzvləri cəlb ediliblər. Toplanış martın 21-nə qədər davam edəcək.
Əsas milli toplanışa Tokai Universitetində, gənclər isə Kokuşikan Universitetində start verib. Daha sonra idmançılar hazırlığı Kodokan Təlim Mərkəzində davam etdirəcək. Toplanışın növbəti hissəsində Yaponiya millisinin üzvləri də iştirak edəcəklər.
Təlim-məşq toplanışı apreldə Monteneqroda baş tutacaq Avropa çempionatına və mayda keçiriləcək beynəlxalq turnirlərə uzunmüddətli hazırlığın bir hissəsidir.
Hazırlıq prosesində böyüklərdən ibarət yığmaya baş məşqçisi Riçard Trautman və böyük məşqçilər Elçin İsmayılovla Slavko Tekiç, gənclərdən ibarət milliyə isə baş məşqçi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli və Kotaro Sasaki rəhbərlik edirlər.
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışında iştirak edib
Azərbaycanın 33 cüdoçusu Parisdəki təlim-məşq toplanışında iştirak edir
Azərbaycanın güləş milliləri Bakıda təlim-məşq toplanışı keçirlər
Azərbaycan millisinin baş məşqçisi: "Əcnəbi idmançıların yığmaya cəlb olunması prosesinə son qoymuşuq"
Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışına qatılıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib












