Vadim Kuramş: "Neftçi" ilə oyun planlaşdırdığımız kimi getmədi"
sizinxeber.az xəbər saytı

Vadim Kuramş: "Neftçi" ilə oyun planlaşdırdığımız kimi getmədi"


Oyun planlaşdırdığımız kimi getmədi.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramş basketbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Neftçi" ilə oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında məğlubiyyətə görə üzgün olduqlarını bildirib:

"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Oyun planlaşdırdığımız kimi getmədi. Ümumilikdə layiqli mübarizə apardıq. Görüşün müəyyən hissəsində "Neftçi" fərqi artırdı və sonadək bu fərq eyni qaldı. Bizdə rotasiya ilə bağlı problemlər var. Rəqibin ehtiyat oyunçular skamyası genişdir. Onların heyətində Amil Həmzəyevlə Kamran Məmmədovun çıxış nəticəyə təsir göstərdi. Basketbolçularımız çalışsalar da, sonluğu gətirə bilmədilər".

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" görüşü "ağ-qaralar"ın 103:90 hesablı qələbəsi ilə bitib. Paytaxt təmsilçisi 1/4 finalda "Sabah"la qarşılaşacaq.

Oxşar xəbərlər

"Neftçi"nin məşqçisi: "Sübut etdik ki, hücumda və müdafiədə çox güclüyük"
"Sumqayıt"ın baş məşqçisi: "Ardıcıl qələbələrlə turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq istəyirik"
NTD klubunun baş məşqçisi: "Öz üzərimizdə işləməyə davam etməliyik"
"Neftçi"nin baş məşqçisi: "Sabah"la oyundakı qalibiyyət çox vacib idi"
"Naxçıvan"ın baş məşqçisi: "Neftçi"nin uğur qazanmasına imkan vermədik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle