"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ı yaxşı təhlil etdiyimizə görə, uğurlu nəticə qazandıq
"Qarabağ"ı yaxşı təhlil etdiyimizə görə, uğurlu nəticə qazandıq.
"Report" xəbər verir ki, bunu "Dinamo"nun (Zaqreb, Xorvatiya) baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
O, 2:0 hesablı qələbəni şərh edib:
"Komandamı təbrik edirəm. "Qarabağ"ı yaxşı təhlil etdiyimizə görə, uğurlu nəticə qazandıq. Müdafiədə etibarlı çıxış etdik. Keyfiyyətli oyun göstərdiyimizi deyə bilərəm. Təbii ki, çatışmayan cəhətlər də var idi. Bununla belə, ümumilikdə yaxşı oyun sərgilədik. Futbolçularıma təşəkkür edirəm. Düzgün şəkildə oyun apardıq və layiq olduğumuz qələbəni əldə etdik".
Qeyd edək ki, Zaqrebdəki "Maksimir" stadionunda baş tutan ilk matçda "Dinamo" 3:0 hesablı qələbə qazanmışdı.
Oxşar xəbərlər
"Dinamo"nun baş məşqçisi: Daha çox müdafiədə diqqətli çıxış etməyə çalışacağıq
"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ın bu cür uğurlu çıxışları bizə xəbərdarlıqdır
"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ın uğurlu çıxışı bizə xəbərdarlıqdır
Qurban Qurbanov: Komandada çatışmazlıqlar var
"Dinamo"nun baş məşqçisi: "Qarabağ"la bağlı matçdan əvvəl dediklərim bu görüşdə öz təsdiqini tapdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












