Azərbaycan boksçuları Bolqarıstandakı turnirdə 1/4 finala yüksəliblər
Azərbaycanı Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında keçirilən Avropa çempionatında təmsil edən Ruslan Qədirov və Fərhad Şeydayev 1/4 finala yüksəliblər.
Boks Federasiyasından "Sizinxeber.az"a verilən məlumata görə, 60 kq çəkidə mübarizə aparan R.Qədirov 1/8 finalda Stefan Samoviçi (Serbiya) 5:0 (29:27, 28*:28, 28*:28, 28*:28, 28*:28) hesabı ilə məğlub edib.
Onun bu mərhələdə rəqibi bolqarıstanlı Radoslav Rosenov olacaq.
F.Şeydayev (75 kq) də 1/8 final qarşılaşmasından üstün ayrılıb. Boksçu Çadi Baraiaya (Fransa) 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Şeydayev 1/4 final görüşündə Alan Perrie (Şotlandiya) ilə gücünü yoxlayacaq.
Hər iki idmançı növbəti döyüşünü oktyabrın 16-da keçirəcək.
Qeyd edək ki, Avropa çempionatına oktyabrın 20-də yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycanın iki boksçusu Bolqarıstandakı turnirdə 1/4 finala yüksəlib
Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Azərbaycan millisi Bolqarıstanda Avropa çempionatında qüvvəsini sınyacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
