Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatına start verilib.
Azərbaycan Boks Federasiyasından “Sizinxeber.az”a verilən məlumata görə, 35 ölkədən 327 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü qələbə qazanıb.
Ruslan Qədirov (60 kq) 1/16 final çərçivəsində Georgios Georgantsasla (Yunanıstan) üz-üzə gəlib. Hər 3 raundda üstün olan boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə məğlub edib. O, 1/8 finalda Stefan Samoviçlə (Serbiya) döyüşəcək.
Qədirovun uğurunu İlqar Salahov da davam etdirib. 67 kq-da mübarizə aparan milli üzvü xorvatiyalı Qoran Mioçiçə 5:0 (29:28, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Salahov 1/8 finalda Safi Abo Şabanla (İsrail) münasibətinə aydınlıq gətirəcək.
Hər 2 boksçumuz ikinci qarşılaşmasına oktyabrın 13-də rinqə çıxacaq.
Qeyd edək ki, Azərbaycan yığması çempionata 13 boksçu ilə yollanıb.
Oxşar xəbərlər
Azərbaycan millisi Bolqarıstanda Avropa çempionatında qüvvəsini sınyacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
