Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Bakıya gəlib
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun və FIVB-nin dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkil etdiyi “Milli İdman Sistemlərinin İnkişafı” (DNSS) proqramı çərçivəsində Beynəlxalq Voleybol Federasiyasının (FIVB) təlimatçı-eksperti Afanasios Papaqeorqiu ölkəmizdə səfər edib.
"Sizinxeber.az" xəbər verir ki, sentyabrın 3-dək davam edəcək səfərin əsas məqsədi paytaxtda və bölgələrdə yerləşən voleybol bazaları ilə tanışlıq və yaxın gələcək üçün inkişaf planının hazırlanmasıdır.
Bu məqsədlə A.Papaqeorqiu və FIVB-nin məşqçi-instruktoru, AVF-nin Təhsil şurasının rəhbəri Cengiz Akarçeşme Azərbaycan İdman Akademiyasının (AİA) Tədrisin Təşkili üzrə prorektoru Rafail Novruzov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə ilə görüşüblər.
“Milli İdman Sistemlərinin İnkişafı” (DNSS) proqramı çərçivəsində baş tutan görüşdə MOK-un layihələr üzrə meneceri Ceyhun Rəhmanov, AVF-nin Regional İnkşaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova da iştirak ediblər. AİA-nın Elmi-tədris laboratoriyasında və Media Mərkəzində olan qonaqlar burada tələbələr üçün yaradılan şəraitlə tanış olublar. AİA-nin idman zalına da baxış keçirən qonaqlar gələcəkdə burada “İnkişaf Mərkəzi”nin yaradılması üçün lazımi şəraitlə tanış olublar, bununla bağlı müzakirələr aparılıb.
Daha sonra A.Papaqeorqiu və C.Akarçeşme voleybol haqqında yazdıqları kitablarını AİA-nın kitabxanasına hədiyyə ediblər.
Qeyd edək ki, DNSS proqramı çərçivəsində Gəncədə və Bakıda voleybol məşqçi-müəllimləri üçün seminarlar da keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycanda voleybol məşqçiləri üçün seminarlar təşkil olunacaq
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa çempionatına təyinat alıb
Voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçiriləcək
Ümumdünya Taekvondo Federasiyasının prezidenti Azərbaycanın Parisdəki Olimpiya Evində olub
Gənclər və İdman Nazirliyi olimpiya növləri üzrə milli komanda üzvlərinin reytinqini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











