Azərbaycan güləşçisi: Şükürlər olsun ki, olimpiadadan əliboş qayıtmadım
Şükürlər olsun ki, olimpiadadan əliboş qayıtmadım.
Bunu “Report”un Parisə ezam olunmuş əməkdaşına açıqlamasında Fransa paytaxtında keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.
Azərbaycan yığmasının üzvü üçüncü yer uğrunda görüşdə qələbə qazandığı üçün sevincli olduğunu söyləyib:
"Məni dəstəkləyən və qələbəmə sevinən hər kəsə minnətdarlığımı bildirirəm. Bürünc medal qazandığım üçün xoşbəxtəm. Amma təbii ki, qızıl medalın sevinci bir başqa olardı. Şükürlər olsun ki, olimpiadadan əliboş qayıtmadım. Sanki güləşçilərimizin üzərində qara buludlar var idi, medal qazana bilmirdilər. İnşallah, digər güləşçilərimiz uğurun davamını gətirəcəklər".
Qeyd edək ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov bürünc medal uğrunda görüşdə qırğızıstanlı Amantur İsmayılova 8:0 hesabı ilə qalib gəlib. Bununla da o, Azərbaycanın güləş yığmasının aktivinə ilk medalı yazdırıb.
Oxşar xəbərlər
Həsrət Cəfərov bürünc medal qazanıb
Paris-2024-də günün yekunu: Azərbaycan ilk gümüş medalını qazanıb
Paris-2024: Azərbaycan güləşçisinin medal görüşündəki rəqibi dəqiqləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
