Gəncədə keçiriləcək Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
avq
2025
18:00

Gəncədə keçiriləcək Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb

14 avq, 2025
18:00
853

Gəncədə keçiriləcək Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb

“Ganja Open 2025” Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb.

Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Festival ölkənin ikinci ən böyük şəhəri olan Gəncə şəhərində baş tutacaq. Mükafat fondu 41 200 manat olan festival A və B qruplarında keçiriləcək. Festival çərçivəsində rapid və blits üzrə turnirin təşkili də nəzərdə tutulub.

A qrupunda 2000 və daha yüksək reytinqli şahmatçılar, B qrupunda isə 1999-dək olan şahmatçılar iştirak edə bilər. Rapid və blitsdə isə reytinq məhdudiyyəti tətbiq edilmir.

Qeyd edək ki, “Ganja Open 2025” “Azərbaycan Şahmat Turu” layihəsində sayca 7-ci açıq yarışdır. Festival "Baku Open"dən sonra ən böyük mükafat fonduna sahib olacaq.

Bizimlə əlaqə saxlayın