Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatı keçiriləcək
Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.
Şahmat Federasiyasından “Report”a verilən məlumata görə kişilər arasında ölkə çempionatında FIDE əmsalı (klassik, rapid və ya blits) 2100-dən, qadınlar arasında isə 2000-dən yuxarı olan şahmatçılar iştirak edə bilər.
Azərbaycan çempionatının mükafat fondu 8000 manat təşkil edəcək. Bu məbləğin 5000 manatı kişilərin, 3000 manatı isə qadınların turnirində oynanılacaq.
Qeyd edək ki, oktyabrın 4-dən 7-nə qədər keçiriləcək Azərbaycan çempionatı rapid və blits üzrə dünya çempionatına seçmə xarakter daşıyır. Ölkə çempionatlarında ilk 3 yeri tutacaq şahmatçılar ABŞ-nin Nyu-York şəhərində keçiriləcək dünya çempionatına ezam olunacaqlar.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
