Fərid Qayıbov: "Azərbaycanda beynəlxalq şahmat yarışlarının keçirilməsi bizi sevindirir"
Azərbaycanda beynəlxalq şahmat yarışlarının keçirilməsi bizi sevindirir.
"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov “Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində deyib.
"Azərbaycan Şahmat Federasiyası aktiv şəkildə işləyir. Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçə də minnətdaram. Ölkə başçısı İlham Əliyev digər idman növlərinə olduğu kimi, şahmata da dəstək olur. Azərbaycan Şahmat Federasiyasına və onun tərəfdaşlarına təşəkkür edirəm. Hər kəsə uğurlar arzulayıram", - F.Qayıbov vurğulayıb.
Xatırladaq ki, festivalın mükafat fondu 55 min ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir.
Festival həmçinin “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə daxildir.
Oxşar xəbərlər
FIDE prezidenti: "Şahmat Azərbaycanda inkişaf edib"
Fərid Qayıbov: "Azərbaycanda hər il beynəlxalq şahmat yarışları keçirilsə, yaxşı olar"
İlk dəfə "Azərbaycan Şahmat Turu” layihəsi həyata keçiriləcək
Azərbaycan Şahmat Federasiyası idman jurnalistləri arasında turnir keçirib
Beynəlxalq Şahmat Federasiyası Faiq Həsənovu mükafatlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













