Azərbaycan güləşçisi: "Ümid edirəm ki, dünya çempionatında tilsimi qıracağam"
Güləş üzrə U-20 Avropa çempionatının qalibi olan Ruzanna Məmmədova (62 kq) dünya birinciliyində uğur qazanmaq istəyir.
"Sizinxeber.az" xəbər verir ki, idmançı bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
O, qarşıdan gələn mundiala ciddi hazırlaşdığını bildirib:
"Dünya çempionatına hazırlıq yaxşı gedir. Artıq təlim-məşq toplanışının ikinci həftəsindəyik. İndi daha yüngül məşq edirik. Çünki yarışa az qalıb. Özümü yaxşı hiss edirəm. Nə qədər hazır olduğumu yarış göstərəcək".
Güləşçi son vaxtlarda müəyyən zədələrdən əziyyət çəkib:
"Problem həmişə var. Dizlərimdə ağır zədə olur. İnşallah, yarışlardan sonra əməliyyat olunmağı fikirləşirəm. Hələ ki, bu ağrıya dözərək, məşqə davam edirəm".
Üç il əvvəl U-17 Avropa və dünya çempionu olan Ruzanna Məmmədova bu il eyni nəticəni U-20-də təkrarlamaq istəyir:
"İnşallah ki, alınar. Alınmağını istəyirəm. Bilirsiz ki, son dünya medalım elə 2022-ci ildəki dünya çempionluğum olmuşdu. Ondan sonra nədənsə dünya çempionatlarında nəticə qazana bilməmişəm. Ümid edirəm ki, bu dəfə tilsimi qıracağam. Bunu çox istəyirəm. Bilirsiz ki, dünya çempionatı çox çətin keçir. Asiya və Amerika qitəsindən güclü güləşçilər var. Avropadan isə rusiyalı rəqibimi qeyd edə bilərəm. Olduqca çətin yarış kəçəcək. İnşallah, öhdəsindən gələcəyik".
Məmmədova mundialda əsas rəqib saydığı güləşçilərin görüşlərini izlədiyini söyləyib:
"Hər yarışdan əvvəl Dünya Güləş Birliyinin saytını gözdən keçirirəm. Əsas rəqib gördüyüm və ya kimlə qarşı-qarşıya gəlmə ehtimalım varsa, hamısının keçirdiyi görüşlərə bir-bir baxıram".
Avropa çempionu ara-sıra çəkisinin artdığını vurğulayıb:
"Bəzən müəyyən səbəblərə görə çəkim artır. Eyni qalmır. Karyeramı 62, 65 və ya 68 kq-da davam edə bilərəm. Bu, gələcəkdə hansı fiziki durumda olmağımdan asılıdır".


width="220" alt="Ruzanna Məmmədova Avropa çempionu olub" />
width="220" alt="Azərbaycanın qadın güləşçiləri Macarıstanda toplanış keçirlər" />
width="220" alt="Azərbaycanın Avropa çempionu olan güləşçisi: Qızıl medallar qazanmaqda davam edəcəyəm" />
width="220" alt="İkiqat Avropa çempionu: Bunun arxasında böyük əziyyətlər durur" />
width="220" alt="Azərbaycanın güləş millisinin böyük məşqçisi: "Cari ildəki çıxışımızı uğurlu saymaq olar"" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />