Ruzanna Məmmədova Avropa çempionu olub
sizinxeber.az xəbər saytı

Ruzanna Məmmədova Avropa çempionu olub


Azərbaycan güləşçisi Ruzanna Məmmədova İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatının qalibi olub.

"Report" xəbər verir ki, milli komandanın üzvü 62 kq çəki dərəcəsində qızıl medal qazanıb.

O, finalda almaniyalı Leoni Steyqertə 4:3 hesabı ilə qalib gəlib.

Ruzanna ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub.

Zəhra Kərimzadə (72 kq) təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilkə 2:8 hesabıyla uduzub.

Beləliklə, qadın millimiz qitə birinciliyini 2 qızıl medalla başa vurub. Ötən gün Günay Qurbanova (59 kq) Avropa çempionu olub.

Oxşar xəbərlər

Günay Qurbanova yenidən Avropa çempionu olub
Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycan güləşçisi Avropa çempionatının qalibi olub
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır, biri medal görüşünə çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər