İkiqat Avropa çempionu: Bunun arxasında böyük əziyyətlər durur
İkinci dəfə Avropa çempionu olmağımın arxasında böyük əziyyətlər durur.
“Report”un məlumatına görə, bunu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Həsrət Cəfərov (67 kq) Dünya Güləş Birliyinin (UWW) mətbuat xidmətinə açıqlamasında deyib.
21 yaşlı idmançı turnirdən əvvəl Xorvatiyada təşkil olunan təlim-məşq toplanışındakı hazırlıqların bəhrəsini gördüyünü bildirib. O, qatıldığı bütün turnirlərə ciddi yanaşdığını qeyd edib: “Heç bir yarışa özümdən razı şəkildə getmirəm. Bu, bizə həm düşmür, həm də yaraşmır. Rəqiblərin hər birini güclü idmançı kimi görürəm. Heç birini özümdən zəif saymıram. Avropa çempionatında da qarşılaşdığım güləşçilərin hər biri titullu idmançılar idi”.
Həsrət Cəfərov Paris-2024 Yay Olimpiya Oyunlarına qədər daha bir turnirdə çıxış edəcəyini vurğulayıb: “Dünya çempionatının finalında kubalıya məğlub olmuşdum. Orada bəzi səhvlərim oldu. Həmin mundialdan sonra səhvlərimin üzərində işlədim. Növbəti yarışda daha uğurlu çıxış edəcəyimə inanıram. Yəqin ki, olimpiadaya qədər daha bir yarışa qatılacağam”.
Qeyd edək ki, Həsrət Cəfərov 2023-cü ildə Xorvatiyada keçirilən Avropa çempionatının da qalibi olub.
Oxşar xəbərlər
Qaşım Maqomedov: “Azərbaycana lisenziya qazandırdığım üçün çox razıyam” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Gimnastika Federasiyasının baş katibi: “2023-cü il tarixi nailiyyətlərlə yadda qaldı” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın 6 qat Avropa çempionu: “Karyeramı bitirməyi hələ düşünmürəm” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan fiqurlu konkisürəni Avropa çempionatında 16-cı yeri tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Güləş Federasiyası Eldəniz Əzizlinin “Zaqreb Open”ə qatılmamasına aydınlıq gətirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












