"Formula 1": "McLaren" 1998-ci ildən bəri ilk dəfə Konstruktorlar Kubokunu qazanıb
Britaniyanın "McLaren" komandası "Formula 1" üzrə 2024-cü il mövsümünün Konstruktorlar Kubokunun qalibi olub.
"Sizinxeber.az" xəbər verir ki, "McLaren"in britaniyalı pilotu Lando Norris mövsümün sonuncu, XXIV mərhələsi olan Əbu-Dabi Qran-prisində finiş xəttini birinci keçib.
İkinci və üçüncü yerləri "Ferrari"nin pilotları - müvafiq olaraq ispaniyalı Karlos Sayns və monakolu Şarl Lekler tutublar. Lakin bu, İtaliya klubunun komanda hesabında "McLaren"ə çatmasına kömək etməyib. Daha əvvəl "Red Bull"dan olan niderlandlı Maks Ferstappen ardıcıl dördüncü dəfə dünya çempionu olub.
"McLaren" mövsümün yekununda 666 xal toplayıb. "Ferrari" 652 xalla ikinci, "Red Bull" 589 xalla üçüncü olub.
"McLaren" "Formula 1"in komanda yarışını doqquzuncu, 1998-ci ildən bəri ilk dəfə qazanıb. Ferstappen çempionatı 437 xalla başa vurub, ikinci yeri Norris (374 xal), üçüncü yeri isə Lekler (356) tutub.
Qeyd edək ki, 2025-ci il mövsümünün ilk mərhələsi martın 14-16-da Avstraliyada keçiriləcək.
Oxşar xəbərlər
"McLaren" 1998-ci ildən bəri ilk dəfə "Formula 1" Konstruktorlar Kubokunu qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"McLaren" Bakıdakı yarışdan sonra Konstruktorlar kubokunda liderliyə yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Qran-prisi: "Formula 1"in əsas yarışında "Ferrari" pilotu liderdir - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Formula 1 Azərbaycan Qran-Prisi: 10 dövrədən sonra “Ferrari"nin pilotu liderdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












